525.Az

Jurnalist həbs və şallaq cəzasını çəkməyə çağırılıb


 

Jurnalist həbs və şallaq cəzasını çəkməyə çağırılıb<b style="color:red"></b>

İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən gənc jurnalist Mərziyə Rəsuli cəzasını çəkmək üçün Tehranın Evin zindanına çağırılıb.Şərti azadlıqda olan Mərziyə Rəsulinin üzərində 2 illik həbs və 50 şallaq zərbəsi cəzası var. Bu cəzalar hələ ki, icraya yönəldilməyib.

“Media forum” saytının məlumatına görə, Mərziyə Rəsuli iyulun 7-də “Tvitter” (Twitter) səhifəsində yazıb: “Mənə çıxarılan hökm təsdiq edilib. Sabah hökmün icrası üçün zindana getməliyəm. Bilmirəm onlar mənimlə niyə belə davranır. Deyəsən, mənə çıxarılan hökm təsdiqlənən kimi onu icraya yönəltmək istəyirlər”.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları Mərziyə Rəsulini 2012-ci il yanvarın 17-də mənzilində tutub Tehranın Evin zindanına aparmışdılar. Jurnalist 40 gün həbsdə saxlandıqdan sonra 300 milyon tümənlik (təxminən 100 min dollar) mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.

Məhkəmə Mərziyə Rəsulini 2 illik həbsə və 50 şallaq zərbəsinə məhkum edərkən onu sistemə qarşı təbliğat aparmaqda, qanunsuz toplantılara qatılmaqla ictimai asayişi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilib.

 





08.07.2014    çap et  çap et