Xoylu körpəyə
Siz tərəfə baxmaz oldu,
Gözü kor olsun dünyanın!
Yandım ası-kifir düşdüm,
Allah, məni qınayanın..!
Axşamları oynayardın
Yorğan-döşəyin üstündə,
Anan təzə yer açacaq
Qardan döşəyin üstündə.
Evlər dağılıb, tanınmır,
Uşaqlar məhlə axtarır.
Ac qarnına qurban, - gözün
Səhərdən təhnə axtarır.
Bəxtinə şairlik düşən
Belə şeir yazmaz, balam,
Üşüyən körpə əllərin
Hovxurarsan qızmaz, balam.
Sizin də dövlətiniz var,
Qayğı, keşiyiniz hanı?!
Bu sualdan ölər adam:
- Ana, pişiyimiz hanı?!
Bir gələn yoxdu, qapının
Zəngini yenə gəzirsən.
Öləndən kürrüy edirsən,
Hələ də nənə gəzirsən.
Atana de, pəncərəni
Çıxartsın uçqunun altdan.
Bir gün görərsən, doğmalar
Gəldilər, düşdülər atdan!
11.02.2023
çap et