525.Az

Gənclər üçün Yeni Media Məktəbi fəaliyyətə başlayır


 

Gənclər üçün Yeni Media Məktəbi fəaliyyətə başlayır<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə "Gənc Jurnalistlərin Yeni Media məktəbi" fəaliyyətə başlayır.

Təşkilatdan Lent.az-a verilən məlumata görə, məktəbdə məşğələlər 15 iyuldan 19 iyula qədər davam edəcək.

Gənc Jurnalistlərin Yeni Media məktəbində tanınmış və peşəkar jurnalistlər, media holdinq rəhbərləri və ekspertlər tərəfindən dərslər keçiriləcək. Yeni Media Məktəbinə gənc jurnalistlər, jurnalistika fakültəsində təhsil alan tələbələr, jurnalistika və yeni media ilə maraqlanan gənclər dəvətlidir.

Bu imkandan yararlanmaq istəyənlər [email protected] elektron ünvanına qısa tərcümeyi-hallarını (CV) göndərməlidir.

Yeni Media Məktəbinin iştirakçılarına sonda sertifikat təqdim olunacaq.
 
İştirak ödənişsizdir və bütün gənclərə açıqdır.
 
Müraciət ucun son tarix: 12.07.2014 saat 18:00

 





08.07.2014    çap et  çap et