525.Az
Xaçmazda 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bu gün Xaçmaz rayonu ərazisində bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. Araba ilə şəxsi təsərrüfatından ot gətirən 1955-ci il təvəllüdlü kənd sakini Abdullayev Eyvaz Balavi oğlunun başına ağac budağı düşüb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
08.07.2014
çap et