525.Az

Bakıda bina uçqunu ilə bağlı başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb


 

Bakıda bina uçqunu ilə bağlı başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Heydər Əliyev prospektində bina uçqunu ilə bağlı başlanılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, 25 yanvar 2014-cü il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktına görə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
 
Söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədov həbs edilib.
 





08.07.2014    çap et  çap et