Avstriya Energetika Nazirliyinin hesabatına görə, ölkə Rusiyadan qaz alışını artırır.
525.az xəbər verir ki, Avstriya Energetika Nazirliyinin açıqladığı son məlumatlar Rusiya qazının enerji idxalında payının dekabrdan bir ay əvvəlki göstəricidən, yəni 41 faizdən 71 faizə yüksəldiyini göstərdi.
Keçən ilin sonunda Avstriyanın "Energie AG" enerji şirkətinin direktoru (daha sonra istefa verib - red.) Verner Ştaynker jurnalistlərə bildirib ki, hökumətin əksini iddia etməsinə baxmayaraq, Vyana hələ də Moskvanın təchizatlarına böyük ümid bəsləyir.
Habelə, Ştaynker ABŞ-nin qaz xərclərini yüksək saxlamaqda davam edəcəyini bildirərək, Vaşinqtonun bahalı mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündən qazanc əldə etdiyini və Rusiya ilə Avropanın yaxınlaşmasına mane olduğunu qeyd edib.
Fərid Sançar
çap et