525.Az

Bəhreyn hökuməti ABŞ dövlət katibinin köməkçisini ölkədən qovub


 

Bəhreyn hökuməti ABŞ dövlət katibinin köməkçisini ölkədən qovub<b style="color:red"></b> Bəhreyn hökuməti ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovskiyə ölkəni tərk etmək barədə xəbərdarlıq edib.
 
APA-nın “əl-Cəzirə”yə istinadən xəbərinə görə, T.Malinovskinin Bəhreynə səfəri bazar günü başlayıb və 3 günlük səfər planı nəzərdə tutulub.
 
Lakin Bəhreynin Şiə müxalifət qrupu “əş-Şəfəq”lə görüşdən sonra ona ölkəni tərk etmək əmr olunub. Bəhreyn XİN xəbərdarlığında bildirib ki, ABŞ rəsmisi bəzi qruplarla görüşərək ölkənin daxili işlərinə müdaxilə edib.
 
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Bəhreyn hökumətinin ABŞ diplomatının ölkəni tərk etməsi ilə bağlı xəbərdarlığından Vaşinqtonun narahat olduğunu bildirib. O qeyd edib ki, belə hərəkətlər iki ölkə arasındakı güclü tərəfdaşlığa uyğun deyil.
 





08.07.2014    çap et  çap et