525.Az

ABŞ: “İŞİD liderinin videosu həqiqidir”


 

ABŞ: “İŞİD liderinin videosu həqiqidir”<b style="color:red"></b> ABŞ Dövlət Departamenti İŞİD lideri Əbubəkr əl-Bağdadinin ötən cümə yayımlanan videosunun həqiqi olduğunu bəyan edib.

APA TV-nin məlumatına görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, görüntülərin saxta olduğunu iddia etmək üçün əsasları yoxdur. SİTAT: “O videoya biz də baxdıq. Hesab edirik ki, görüntülər saxta deyil. Əksini düşünmək üçün əlimizdə əsas yoxdur”. Cen Psaki İŞİD liderinin bir neçə il əvvəl ABŞ-da həbsxanaların birində girov saxlandığı ilə bağlı sualı cavablandırmayıb.

Xarici mətbuatın yazdığına görə, İŞİD liderinin Federal Təhlükəsizlik Bürosunda olan şəkli bir neçə il əvvəl ABŞ-da həbsdə saxlanan zaman çəkilib. Bağdadinin 4 il həbsdə yatdığı bildirilsə də, həbsin səbəbləri açıqlanmayıb.
 





08.07.2014    çap et  çap et