Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomatı “persona non qrata” (arzuolunmaz şəxs - red.) elan etmək qərarına gəlib.
525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Avstriyanın daha əvvəl 4 rus diplomatını “persona non qrata” elan etdiyi xatırladılıb.
Bəyanatda bildirilir ki, “Bu, düşməncə və əsassız addımdır və ikitərəfli münasibətlərə xələl gətirir” və bu səbəbdən Avstriyanın Moskvadakı səfiri Verner Almhofer nazirliyə çağırılıb.
"Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomat qarşılıqlılıq əsasında "persona non qrata" elan edilib. Bu diplomatlar fevralın 23-ün sonuna kimi ölkəni tərk etməlidirlər. Bu barədə səfirə nota verilib", - bəyanatda deyilib.
Açıqlamada Rusiyanın Avstriyaya gedən rəsmi nümayəndələrinə viza verilməsinin çətinləşdirildiyi və bunun Avstriyanın beynəlxalq danışıqlardakı öhdəliklərinə zidd olduğu və bu vəziyyətin “nəticəsiz qalmayacağı” bildirilib.
Malik Atilay
çap et