Rusiyanın "Vaqner" mühafizə şirkətinin muzdluları artıq döyüş sursatı ilə təmin olunmadıqlarını iddia edərək, Rusiya Müdafiə Nazirliyindən dəstək istəyiblər.
525.az xəbər verir ki, Rusiya mətbuatında yer alan xəbərlərdə "Vaqner" üzvü olduğu bildirilən muzdluların hazırladıqları video mesaja yer verilib. Silahlı, üzündə maska olan və kamuflyaj geyinmiş muzdlu əsgər videodakı çıxışında "Vaqner"ə artıq döyüş sursatı verilmədiyini iddia edib. Rus ordusunun anbarlarında lazımi sursatların olduğuna əmin olduqlarını vurğulayan muzdlu əsgər: "Rusiya Müdafiə Nazirliyindəki həmkarlarımıza və dostlarımıza müraciət edirik. Ciddi bir şəkildə sursata ehtiyacımız var. Bizi bu sursatla təmin etsəniz, çox minnətdar olardıq", - ifadələrini işlədib.
Qeyd edək ki, "Vaqner"in qurucusu Yevgeni Priqojin videodakı çağırışla bağlı verdiyi yazılı açıqlamada muzdluların Rusiya Müdafiə Nazirliyinin ünvanına böhtan ifadəsi işlətmədiyini vurğulayıb.

Məhəmməd Tağıyev
çap et