525.Az

Məşhur aktyorun canlı yayıma girişi gündəm oldu


 

Məşhur aktyorun canlı yayıma girişi gündəm oldu<b style="color:red"></b>

"Türkiye Tek Yürek" kampaniyasına edilən ianələr ilə yanaşı, iştirakçılar da gündəmdə olub.  

525.az  xəbər verir ki, daha əvvəl AHBAP üçün telefonla danışan aktyor Kıvanç Tatlıtuğ kampaniyanın keçirildiyi studiyaya girişi ilə gündəm olub. Aktyorun emosional sözləri də diqqət çəkib.

Tanınmış şəxslər "Türkiye Tek Yürek” kampaniyasında telefonla ianə toplayıb. Kahramanmaraş mərkəzli zəlzələ fəlakətindən qaynaqlanan problemlərin həlli üçün günlərlə mübarizə aparan Kıvanç Tatlıtuğun birgə canlı yayımın edildiyi studiyaya girdiyi anlar gündəm olub. Tatlıtuğun girişi "Kuzey Güney" serialında canlandırdığı Kuzey Tekinoğlu obrazına bənzədilib. Həmin anlar sosial şəbəkədə minlərlə şərhə səbəb olub. Kıvanç Tatlıtuğ da çıxışında: "Ürəyim ömrüm boyu bu qədər ağrımamışdı”, - deyib.

Qeyd edək ki, aktyor AHBAP-a əvvəlcə 950 min TL bağışlayıb. Ötən həftə isə əlavə olaraq 200 min TL ianə edib və maddi-texniki dəstək verib.

Havar Şəfiyeva

 





17.02.2023    çap et  çap et