525.Az

Səudiyyə Ərəbistanı kosmosa göndərəcəyi ilk qadın astronavtı açıqlayıb


 

Səudiyyə Ərəbistanı kosmosa göndərəcəyi ilk qadın astronavtı açıqlayıb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı gələcək aylarda kosmosa göndərməyi planlaşdırdığı ilk qadın astronavtın kimliyini açıqlayıb.

525.az xəbər verir ki, ölkənin rəsmi agentliyi SPA tərəfindən verilən açıqlamada qadın astronavt Reyyane Bernavinin həmkarı Əli Əl-Karni ilə Beynəlxalq Kosmik Stansiyada (BKS) 10 gün qalacağı bildirilib. İki astronavtın "Axiom Space" özəl kosmos şirkəti tərəfindən təşkil edilən kosmos missiyası çərçivəsində yazda BKS-ə uçacağı öyrənilib.

İlon Maskın kosmos şirkəti "SpaceX" tərəfindən istehsal edilən "Dragon" kapsullarından biri astronavtları daşıyacaq. "Drago" kapsulları əvvəllər də bir çox astronavtı stansiyaya daşımaq vəzifəsini öz üzərinə götürmüşdü.

Qeyd edək ki, ekipaj NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən "SpaceX"ə məxsus olan "Falcon 9" raketi ilə kosmosa çıxacaq.

Məhəmməd Tağıyev

 





17.02.2023    çap et  çap et