525.Az
Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavinləri Elçin Şirinov, Adın Bəyişov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.
E. Behbudovun APA-ya verdiyi məlumata görə, onlar Biləsuvar, Masallı və Yardımlı polis şöbələrinin müvəqqəti saxlanma yerlərində olublar: “Biləsuvar və Masallıda saxlanılan şəxslərin əksəriyyəti narkotiklə bağlı tutulublar. Yardımlıda isə saxlanılan yoxdur. Qayda-qanuna əməl olunur. Hansısa bir nöqsan aşkar olunmayıb”.
E. Behbudov monitorinqin davam etdiyini də qeyd edib: “Lənkəran, Astara, Lerik rayon polis şöbələrinin də müvəqqəti saxlanma yerlərinə baş çəkib saxlanılan şəxslərlə maraqlanacağıq”.
08.07.2014
çap et