525.Az

Azərbaycan Prezidenti: "Nəhayət, Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər"


 

Azərbaycan Prezidenti: "Nəhayət, Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər"<b style="color:red"></b>

“İlkin variantda görüşdə Ermənistan Baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi”.

525.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində deyib.

“Dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər”, - deyə dövlətimizin başçısı bildirib.

 





18.02.2023    çap et  çap et