525.Az

Göyçay rayonuna 2,4 milyon manat ayrıldı


 

Göyçay rayonuna 2,4 milyon manat ayrıldı<b style="color:red"></b> Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,4 milyon manatı Göyçay Rayon İcra Hakimiyyətinə ayrılıb.
 
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 





08.07.2014    çap et  çap et