525.Az

Ərdoğanı müşayiət edən avtokarvan zəncirvarı qəza törədib


 

Ərdoğanı müşayiət edən avtokarvan zəncirvarı qəza törədib<b style="color:red"></b> Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı müşayiət edən avtomobil karvanı zəncirvarı qəza törədib.
 
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə Dənizlidə baş verib. Avtomobil karvanı Dənizli hava limanından şəhər mərkəzinə gedərkən, Pamukkala yol qovşağında qəza törədib.
 
Zəncirvarı qəza zamanı Türkiyə baş nazirinin mühafizə xidməti və mülki vətəndaşlara məxsus 6 avtomobil toqquşub. Olay nəticəsində bir neçə nəfər yüngül yaralanıb.
 
R.T.Ərdoğanı müşayiət edənlər başqa avtomobillərə minərək, yollarına davam ediblər.
 





09.07.2014    çap et  çap et