525.Az

Xilasedicilərimizi Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - VİDEO


 

Xilasedicilərimizi Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - <b style="color:red">VİDEO</b>

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Bu barədə "525.az"a FHN-dən bildirilib.

FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

 





19.02.2023    çap et  çap et