525.Az

Hərbi təlimdə 3 əsgər xəsarət alıb


 

Hərbi təlimdə 3 əsgər xəsarət alıb<b style="color:red"></b>

Azərbaycan Ordusunun üç əsgəri qumbara ilə ehtiyatsız davranma nəticəsində xəsarət alıb.

525.az-ın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi satına istinadən verdiyi məlumata görə, hadisə iyulun 8-də keçirilən təlimlər zamanı baş verib.
 
Qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.
 
İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.

 





09.07.2014    çap et  çap et