525.Az

Atəşkəs 19 dəfə pozulub


 

Atəşkəs 19 dəfə pozulub<b style="color:red"></b>

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub. 

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 





09.07.2014    çap et  çap et