525.Az

FTB-yə kiberhücum


 

FTB-yə kiberhücum<b style="color:red"></b>

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) kompüter şəbəkəsinə kiberhücum edildiyi açıqlanıb. Büro hücuma nəzarət etməyə çalışır. 

525.az xəbər verir ki, Amerika mətbuatına açıqlama verən FTB mənbələri, son günlər büronun kompüter şəbəkəsinin bir hissəsinə kiberhücum edildiyini açıqlayıb. 

"CNN"ə məlumat verən, lakin adının açıqlanmasını istəməyən FTB rəsmiləri, hakerlərin büronun uşaqlara qarşı cinsi zorakılıq görüntüləri ilə bağlı araşdırmasında istifadə edilən kompüter sistemlərinə daxil olduqlarını bildiriblər. Səlahiyyətlilər, hücumdan təsirlənən bölmənin FTB-nin ən böyük və yüksək profilli ofislərindən biri olan FTB-nin Nyu-York Sahə Ofisi ilə əlaqəli olduğunu deyib.

"FTB insidentdən xəbərdardır və insidentlə bağlı əlavə məlumat əldə etmək üçün çalışır. Bu, nəzarət altında olan hadisədir. İstintaq davam etdiyi üçün FTB hələlik əlavə şərh verməyəcək", - FTB-nin press-relizində deyilib.

Malik Atilay

 





20.02.2023    çap et  çap et