525.Az

Poroşenkoya hazırlanan sui-qəsdin qarşısı alınıb


 

Poroşenkoya hazırlanan sui-qəsdin qarşısı alınıb<b style="color:red"></b>

Ukraynanın şərqində prezident Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko özünün “Facebook” səhifəsində məlumat verib.

S. Tseqolko bildirib ki, iyulun 8-də dövlət başçısının separatçılardan azad edilmiş Slavyansk şəhərinə səfərindən bir qədər əvvəl iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib. Mətbuat katibi prezidentin adından aşağıdakı açıqlamanı verib: “Slavyansk şəhərinə gəlişimdən 40 dəqiqə əvvəl terror aktı planlaşdırılan iki diversiya qrupu aşkarlanıb. Onların hamısı saxlanılıb”.
 
Hələlik əməliyyatın detalları haqda əlavə məlumat verilmir.
 
Xatırladaq ki, P. Poroşenko iyulun 8-də Slavyansk şəhərinə gedib və yerli sakinlər, eləcə də hərbçilərlə görüşüb.
 

 





09.07.2014    çap et  çap et