525.Az

İtaliya: Afrikanı çinlilərə buraxmamalıyıq


 

İtaliya: Afrikanı çinlilərə buraxmamalıyıq<b style="color:red"></b>

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Afrikanı tək və ya çinlilərə buraxmamalı olduqlarını bildirib.

525.az xəbər verir ki, Almaniyada keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransına qatılan Tajani oradakı çıxışında: "Əgər biz güclü Avropa istəyiriksə, Afrikaya da baxmalıyıq. Bu, gələcəyimiz üçün vacibdir. Afrikanı tək və ya çinlilərə buraxmamalıyıq. Bu, bizim böyüməmiz üçün ciddi səhv olardı", - deyib.

Tajani Avropanın təhlükəsizliyinə daha çox diqqət yetirilməli olduğunu bildirərək: "Əgər NATO daxilində daha güclü olmaq istəyiriksə, Avropanın təhlükəsizliyinə ehtiyacımız var. Biz özümüzü qorumaq istəyiriksə, Avropanın müdafiəsinə daha çox sərmayə qoymalıyıq, lakin transatlantik alyansın bizim üçün çox mühüm rolu var. Amerikalılarla işləməliyik. Biz bu dünyanın bir parçasıyıq və onu dəyişdirmək mümkün deyil", - ifadələrini işlədib.

Qeyd edək ki, Tajani qeyri-qanuni immiqrasiya probleminin onların qarşılaşdıqları təhlükəsizlik problemlərindən biri olduğunu və bu məsələni də həll etməli olduqlarını vurğulayıb.

Məhəmməd Tağıyev

 





20.02.2023    çap et  çap et