525.Az

"Tesla" 363 minə yaxın avtomobilini geri çağırıb


 

"Tesla" 363 minə yaxın avtomobilini geri çağırıb<b style="color:red"></b>

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" 362 min 758 avtomobilini proqram təminatı yeniləmələri üçün geri çağırmaq qərarına gəlib. 

525.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsindən (NHTSA) verilən açıqlamada, "Tesla"nın 2016-2023 Model S, Model X, 2017-2023 Model 3 və 2020-2023 Model Y modelləri təhlükəsizlik səbəbiylə Tam Avtonom Sürmə Beta (FSD Beta) proqramı ilə təchiz edilib. 

Qeyd edilib ki, "Tesla" FSD Beta sisteminin qəzalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və 362 min 758 avtomobili geri çağırıb. Digər tərəfdən, "Tesla"nın baş icraçı direktoru İlon Mask sosial media hesabında simsiz proqram təminatının yenilənməsi ilə bağlı "geri çağırma" sözünün istifadə edilməsinə reaksiya verib.

Malik Atilay

 





20.02.2023    çap et  çap et