Rusiya Dövlət Duması yazışmalarda əcnəbi sözlərin istifadəsini məhdudlaşdıran qanun qəbul edib.
525.az xəbər verir ki, Dumada keçirilən sessiyada Rusiyanın dövlət və özəl sektorunda rus ədəbi dilinin normalarına riayət edilməsi haqqında qanun qəbul edilib. Sözügedən qanuna görə, rus dilində qarşılığı olmayan və lüğətlərdə olan sözlər istisna olmaqla, bütün səviyyələrdə dövlət və özəl şirkətlərdə yazışmalarda əcnəbi sözlərin istifadəsi qadağan edilib.
Bundan əlavə, qanunla rus ədəbi dilinin normalarına uyğun gəlməyən jarqon sözlərdən istifadə qadağan edilib.
Malik Atilay
çap et