Səudiyyə Ərəbistanının Yəmənin elektrik sektorunu dəstəkləmək üçün göndərdiyi 75 min ton yanacağın müvəqqəti paytaxt Ədənə çatdığı bildirilib.
525.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəmənin İnkişaf və Yenidənqurma Layihəsinin sosial media hesabından Ər-Riyad hökumətinin Yəmənə göndərdiyi yanacaq qrantı ilə bağlı açıqlama verilib. Açıqlamada Ədəndəki Zeyt limanına çatan 75 min ton yanacağın Səudiyyə Ərəbistanının vəd etdiyi yanacaq qrantının üçüncü hissəsi olduğu və sözügedən yanacağın Yəməndə 70 elektrik stansiyasının fəaliyyətində istifadə ediləcəyi bildirilib.
Qeyd edək ki, Yəmən hökuməti sentyabrın 29-da Səudiyyə Ərəbistanı ilə 200 milyon dollar dəyərində yanacaq tədarükü ilə bağlı müqavilə imzalandığını açıqlamışdı.
Məhəmməd Tağıyev
çap et