525.Az

“İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq”


 

“İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq”<b style="color:red"></b>

“İranla Azərbaycan arasında münasibətlər inkişaf edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir  Axundov bildirib. 
 
Səfir, avqustun 4-5-də Qəbələdə Azərbaycan-İran hökumətlərarası iqtisadi komissiyasının iclasının keçiriləcəyini xatırladaraq deyib ki, iclasdan sonra
İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq.
 
Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılması barədə suala cavabında C. Axundov bu məsələlərə komissiyanın iclasında aydınlıq gətiriləcəyini bildirib.

 





09.07.2014    çap et  çap et