525.Az

Bakıda yeni piyada keçidinin istifadəyə veriləcəyi tarix açıqlanıb


 

Bakıda yeni piyada keçidinin istifadəyə veriləcəyi tarix açıqlanıb<b style="color:red"></b> Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi işlərinin böyük hissəsi yerinə yetirilib.

Nəqliyyat Nazirliyi "Azəyolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3 metr nəzərdə tutulan keçidin 64 m-lik hissəsi hazırdır. Qalan 24 m-lik hissədə isə dəmir-beton işləri davam etdirilir.

2 girişi və 2 çıxışı olacaq keçidin hazır olan 64 m-lik hissəsinin döşəmə və divarları üzlənib, eyni zamanda qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib.

Müasir işıqlandırma sistemi nəzərdə tutulan keçiddə tikinti işlərinin cari ilin avqust-sentyabr aylarında yekunlaşması gözlənilir.
 





09.07.2014    çap et  çap et