525.Az

İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək


 

İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli fevralın 24-də Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən 525.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 213A, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin "195-1" Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki "Müraciətlər/vətəndaşların qəbulu/qəbula yazılın" bölməsində qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

 





21.02.2023    çap et  çap et