525.Az

XXI əsrin sonunda 3000 dil yox ola bilər


 

XXI əsrin sonunda 3000 dil yox ola bilər<b style="color:red"></b>

Hazırda dünyada danışılan 7000-dən çox dildən 3000-ə yaxını XXI əsrin sonunda yox olmaq təhlükəsi ilə üz-üzədir.

525.az xəbər verir ki, "Beynəlxalq Ana Dili Günü" Banqladeşin təşəbbüsü ilə 1999-cu ildə UNESCO-nun Baş Konfransında təsdiq edilib və 2000-ci ildən etibarən hər il fevralın 21-də qeyd olunur. UNESCO-nun məlumatlarına görə, hazırda dünyada 7000-dən çox dil danışılır, onlardan 6700-ü yerli xalqların dilidir ki, bu da onları dünyada "ən çox təhlükə altında olan" dillərə çevirir.

BMT-nin 2019-cu ildə qeyd edilən Yerli Dillər Beynəlxalq İli çərçivəsində qəbul edilən qətnamə layihəsinə əsasən UNESCO dövlətləri yerli dillərin qorunması üçün fondlar və mexanizmlər yaratmağa çağırır.

Qeyd edək ki, BMT-nin məlumatına görə, dil müxtəlifliyinin itirilməsi bioloji həyatdan tutmuş mədəni həyata qədər hər şeyə təsir edir.

Məhəmməd Tağıyev

 





21.02.2023    çap et  çap et