525.Az

Rusiya: Kosmosda qalan astronavtlar geri qayıdacaq


 

Rusiya: Kosmosda qalan astronavtlar geri qayıdacaq<b style="color:red"></b>

Rusiyanın Kosmos Agentliyi "Roscosmos" keçən il geri dönüş kapsulunda təzyiq sızması səbəbindən qapalı qalan 3 astronavtın sentyabrda "Soyuz MS-23" ehtiyat kapsulu ilə geri qayıda biləcəklərini bildirib.

525.az xəbər verir ki, "Roscosmos": "Əvvəlcə Sergey Prokopyev, Dmitri Petelin və Fransisko Rubio 2023-cü il martın 28-də "Soyuz MS-22" gəmisinə enməli idi. İndi bu, "Soyuz MS-23" gəmisində 2023-cü ilin sentyabrında baş verməlidir", - deyib.

Qeyd edək ki, həm NASA, həm də "Roscosmos" sızmanın mikrometeoroidin, kiçik kosmik qaya hissəciyinin yüksək sürətlə kapsula çırpılması nəticəsində baş verdiyinə inanır.

Məhəmməd Tağıyev

 





21.02.2023    çap et  çap et