Türksoy ve Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petofinin doğumunun 200 illiyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin nəticələri məlum olub.
525.az xəbər verir ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan şairlər, tərcüməçilər iştirak ediblər.
Azərbaycandan tanınmış şair Ramil Əhməd və Cavid Mövsümlü mükafata layiq görülüb.
Mükafat martın 15-də Budapeşt şəhərində təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr ediləcək.

çap et