525.Az

Bəzi ölkələr münaqişənin alovlandırmasını dayandırmalıdır - Çin


 

Bəzi ölkələr münaqişənin alovlandırmasını dayandırmalıdır - <b style="color:red">Çin</b>

Çinin xarici işlər naziri Çin Qanq ölkəsinin Ukrayna böhranında son bir ildə artan qarşıdurma və gərginlikdən narahat olduğunu ifadə edib.  

525.az xəbər verir ki, Çinin xarici işlər naziri bildirib ki, bəzi ölkələr münaqişəni alovlandırmağı dayandırmalıdır.

Pekində keçirilən Lanting Forumunda çıxış edən nazir Çinin problemin həlli üçün dialoq və danışıqları təşviq etmək və bütün tərəflərin narahatlıqlarına cavab verəcək ümumi təhlükəsizlik anlaşmasını inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağını bildirib.

Ukrayna probleminin Avropaya qalıcı sülh gətirəcək siyasi həll yoluna ehtiyac olduğunu vurğulayan çinli nazir: “Bəzi ölkələri atəşə yanacaq tökməyi dayandırmağa çağırırıq”, - deyə qeyd edib.

Havar Şəfiyeva

 





21.02.2023    çap et  çap et