525.Az

Aİ-də yanvar ayında yeni avtomobil satışları artıb


 

Aİ-də yanvar ayında yeni avtomobil satışları artıb<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) avtomobil bazarında ümumi satışlar keçən ay 11,3 faiz artıb.

525.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar ayının Aİ ölkələri üçün yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Buna görə, Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrünə görə 11,3 faiz artaraq 760 min 41-ə çatdı. Satılan yeni avtomobillərin 37,9 faizi benzin, 26 faizi hibrid, 15,9 faizi dizel, 9,5 faizi tam elektrik, 7,1 faizi plug-in hibrid, 3,6 faizi isə digər yanacaq növlərinin hesabına formalaşıb.

Aİ ölkələri arasında avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında İspaniyada 51,4, faiz, İtaliyada 19 faiz, Fransada 8,8 faiz artarkən, Almaniyada 2,6 faiz azalıb. 27 üzv ölkə arasında ən çox yeni avtomobil yanvar ayında Almaniyada yola salınıb. Bu dövrdə Almaniyada 179 min 247, İtaliyada 128 min 437, Fransada 111 min 939, İspaniyada 64 min 147 yeni avtomobil qeydiyyata alınıb.

Məhəmməd Tağıyev

 





22.02.2023    çap et  çap et