525.Az

Bayden: "Kiyev qürurlu və dik durur"


 

Bayden: "Kiyev qürurlu və dik durur"<b style="color:red"></b>

"Bir il əvvəl dünya Kiyevin süqutuna hazırlaşırdı, lakin Kiyev qürurlu və dik durur, ən əsası isə Kiyev azaddır".

525.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden "Twitter" hesabında yazıb. Bayden "Twitter" hesabındakı paylaşımında Rusiya-Ukrayna müharibəsinə toxunub. Bayden deyib ki, Rusiya Prezidenti Vladimir Putin “özü kimi” avtokratları sərt, demokratiya liderlərini isə yumşaq hesab edir. 

"Sonra o, Ukraynanın, ABŞ-nin və digər xalqların dəmir iradəsilə qarşılaşdı. Bunlar qorxu və gücün hökm sürdüyü dünyanı qəbul etməkdən imtina edən xalqlar idi", - paylaşımda qeyd edilib. 

Malik Atilay

 





22.02.2023    çap et  çap et