525.Az

Çin BMT-ni “Şimal axını” boru kəmərlərinə qarşı “təxribat” iddialarını araşdırmağa çağırır


 

Çin BMT-ni “Şimal axını” boru kəmərlərinə qarşı “təxribat” iddialarını araşdırmağa çağırır<b style="color:red"></b>

Çin "Şimal axını 1" və 2 boru kəmərlərində son aylarda baş vermiş sızmaların təxribat olması ilə bağlı iddiaların təcili olaraq araşdırılmasını tələb edib.

525.az xəbər verir ki, Çin Birləşmiş Millətlər Təşkilatını “Şimal axını 1” və 2-ci boru kəmərlərindəki sızmaların təxribat nəticəsində baş verdiyinə dair Rusiyanın iddialarını araşdırmağa çağırıb.

Çinin BMT-dəki daimi nümayəndəsi Canq Cun dünən Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında bir çox ölkələrin sızmaların bəzi dövlət aktorlarının məqsədyönlü hərəkətləri nəticəsində baş verdiyinə şübhə ilə yanaşdığını bildirib və hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

Rusiyanın BMT-nin rəhbərlik etdiyi təcili təhqiqat çağırışını dəstəklədiklərini ifadə edən Canq: "Şimal Axını boru kəmərlərində baş verənlərin qəza olmadığı getdikcə aydınlaşır. Fiziki şərtləri nəzərə alsaq, qeyri-müəyyən bir şəraitdə baş verəcəyini təsəvvür etmək çətindir”, - deyə qeyd edib.

Qeyd edək ki, Rusiya Avropanın təbii qaz axınını kəsməsindən təxminən bir ay sonra, 26 sentyabr 2022-ci ildə Danimarka və İsveç yaxınlığında Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində 4 yerdən sızma olduğu bildirilib və gəmilərə ərazidə dayanmamaları ilə bağlı xəbərdarlıq etmişdi.

Danimarka, İsveç və Almaniya tərəfindən aparılan araşdırmalardan sonra sızmaların boru kəmərlərindəki partlayışlar nəticəsində baş verdiyi bildirildi və hadisənin qəza deyil, qəsdən törədilmiş hərəkət nəticəsində baş verməsinə dair işarələr olduğu bildirilmişdi.

Fərid Sançar

 





22.02.2023    çap et  çap et