Ukrayna Silahlı Qüvvələrinin komandanlığı genişmiqyaslı hücuma hazırlaşır.
525.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Naev bildirib.
Ukrayna Silahlı Qüvvələrinin komandanı hərbi sirri əsas gətirərək, Ukrayna qoşunlarının zərbə istiqaməti, habelə bunun nə vaxt baş verməsi ilə bağlı təfərrüatları açıqlamayıb.
“Hücumumuzun hazırlanmasına gəlincə: biz bunun üçün müvafiq qüvvələri hazırlayırıq, lakin bunun nə vaxt baş tutacağı sirrdir”, - deyə ukraynalı general-leytenant bildirib.
Naev Ukrayna-Belarus sərhədindəki hazırkı vəziyyətdən də danışıb. Onun sözlərinə görə, Belarus və Rusiya qüvvələri ərazidəki sayını artırdıqca, Ukrayna da artıracaq.
Qeyd edək ki, bundan əvvəl Zaporojye qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətində əks-hücum əməliyyatına hazır olduğunu bildirmişdi. Siyasətçinin sözlərinə görə, rus qoşunları həmişə bu fürsəti görür və buna hazırlaşırlar.
Havar Şəfiyeva
çap et