525.Az

Vətən müharibəsi şəhidi Baba Qasımov


 

Vətən müharibəsi şəhidi Baba Qasımov<b style="color:red"></b>


Bu gün haqqında söz açacağım igidimiz, Vətən müharibəsinin gənc şəhidlərindən Baba Əhməd oğlu Qasımovdur.

Baba Qasımov 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. Azərbaycan Silahlı Qüvvələrinin giziri Baba Qasımov Aprel döyüşlərində də iştirak edib.
 
Şəhid anası Qasımova Gülşən xanım deyir ki, Babanın bir qız, iki oğul övladı var: “ Nəvələrim Fatimə və Əhməd Astara rayonu 3 nömrəli orta məktəbdə təhsil alırlar. Balamın kiçik oğlu Əlimehdi isə məktəbəqədər təhsil alır. Allah onu mənə 34 yaşımda vermişdi, verdiyi əmanətində geri aldı...”

Şəhid atası Qasımov Əhməd Rza bəy oğlu deyir ki, uşaq vaxtından o, hərbini çox sevirdi. Başqa fənləri deyil, hərbi hazırlıq fənnindən çox yaxşı qiymət alırdı:

"Uşaq vaxtından çox zəhmətkeş idi. Fiziki cəhətdən cüssəli olub. Mənə çox bağlı idi. Mən onu həmişə özümə qardaş sayırdım. Nə desəm, deyərdi, baş üstə, ata...

Hərbçi yoldaşları 2016-ci ildə Füzulidə olublar, kəşfiyyatçı olublar. Həmişə sual edirdilər nə yeyirsiniz oralarda? Baba da deyirdi, ilana kimi yemişdik, heç qorxusu yox idi.  Oğlum iki ermənini əlindəki bel ilə öldürüb. Əlbəyaxa döyüşdə iki ermənini elə vurmuşdu. Döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətində olub.

Oğlum gəlinimizin qohumuna əlaqə nömrəmizi vermişdi ki, məndən bəd xəbər gəlsə, ailəmə xəbər edərsiniz. 2020-ci oktyabrın 20-si şəhid xəbəri gəlib. 21-də Ərçivan qəsəbəsində dəfn olunb. Biz onunla fəxr edirik. Ruhu şad olsun!
Allah bütün şəhidlərimizə  rəhmət eləsin, Ata-analara, bütün ailələrə Allah səbr versin! Allah bizə izin versin, oğlumdan yadigar qalan balalarını böyüdək!”

Şəhid atası Qasımov Əhməd Rza oğlu deyir ki, şəhidimiin adı yaşadığı küçəyə, orta məktəbdə sinif otağı və ailənin öz vəsaiti hesabına bulaq kompleksi var.

Şəhidin adıana bir zamanlar yaşadığı küçə verilib. Adına orta məktəbdə sinif otağı var. Ailənin öz vəsaiti hesabına bulaq kompleksi var.
Azərbaycan Ordusunun giziri olan Baba Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Baba Qasımov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Baba Qasımov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"  medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!


 
 
 

 





10.02.2023    çap et  çap et