525.Az

Zaxarova Ukrayna ilə sülhün əldə olunması üçün şərtləri açıqlayıb


 

Zaxarova Ukrayna ilə sülhün əldə olunması üçün şərtləri açıqlayıb<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ilə sülhün əldə olunması üçün şərtləri deyib.

525.az xəbər verir ki, bu barədə fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı bildirib. Zaxarovanın sözlərinə görə, Moskva həmişə danışıqlar prosesindən son fürsətə kimi istifadə edir. Bununla belə, o qeyd edib ki, bu halda bütün imkanlar sınanıb və tükənib.

“Tez sülh üçün yalnız Qərbin və müvafiq olaraq Kiyevin siyasi iradəsi lazımdır. Amma biz bunu müşahidə etmirik”, - deyən Zaxarova, Moskvanın Kiyevdən fərqli olaraq heç vaxt dialoqdan və münaqişənin həlli üçün diplomatik yolların axtarışından imtina etmədiyini deyib.

Xatırladaq ki, Kreml Kiyevin Moskva ilə danışıqları 2022-ci ilin yazında dayandırdığını bildirib.

Havar Şəfiyeva

 





23.02.2023    çap et  çap et