525.Az

Döyüş meydanında vəziyyət dəyişir: Ukrayna üstünlüyü ələ alacaq və... - Kənan Novruzov yazır


 

Döyüş meydanında vəziyyət dəyişir: Ukrayna üstünlüyü ələ alacaq və... - <b style="color:red">Kənan Novruzov yazır</b>

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyib ki, yazın ortasından sonuna kimi həlledici döyüşlər gözlənilir. Onun özlərinə görə, bu döyüşlər müharibədə dönüş nöqtəsi olacaq. 

Ukrayna müdafiə və təhlükəsizlik şurasının katibi Oliksiy Danilov bundan əvvəl söyləmişdi ki, qarşıdakı bir neçə ay müharibənin taleyi üçün həlledici olacaq. Həmçinin ABŞ kəşfiyyatı da oxşar proqnoz vermişdi. 

Mart-aprel ayında Ukraynada ciddi proseslərin baş verəcəyi mümkündür. Məsələ ondan ibarətdir ki, Qərb koalisiyası Ukraynaya ağır və müasir tanklar verəcək. Həmin texnikaların qarşıdakı aylar ərzində Ukraynaya tədarük edilməsi planlaşdırılır. 

Eyni zamanda uzaqmənzilli raketlərin Ukraynaya təhvil verilməsinə dair də müzakirələr gedir. Şübhəsiz ki, tank və raketlər Ukraynanın döyüş meydanında stareji üstünlüyü ələ almasına kömək edəcək. Bunu Rusiya da başa düşür. Rəsmi Moskvanın tələskinliyinin əsas səbəbi də budur. Rusiya çalışır ki, sözügedən texnikalar Ukraynaya təhvil verilənədək müəyyən uğurlar əldə etsin. Amma hələ ki, buna nail ola bilməyib.

Hazırda, xüsusilə Baxmut istiqamətində ağır döyüşlər gedir. Rusiya Ukraynanın müqavimətini qırmağa çalışır. Ukrayna isə hələ ki, qarşı tərəfin hücumlarına tab gətirə bilir. Vaxt Moskvanın əleyhinə, Kiyevin xeyrinə işləyir. Texnikaların tədarükünə qədər Ukrayna müqavimət göstərməlidir.
Əlbəttə, vəd verilən silahların hamısının birdən - birə, eyni vaxtda təhvil verilməsi inandırıcı görünmür. Bu, Qərbə sərf etmir. ABŞ və müttəfiqləri müharibənin uzanmasında maraqlıdırlar. Ona görə də Ukraynaya silahları aram-aram verirlər. 

Buna baxmayaq, Qərb Kiyevin inamını itirmək də istəmir. Ona görə də, yəqin ki, vəd verilən tank və raketlər qarşıdakı aylarda Ukraynaya çatdırılacaq. Həmin silahlar tükənənə qədər Kiyev itirilmiş bəzi əraziləri azad edə bilər. Sonra isə döyüş meydanında vəziyyətin yenidən dəyişməsi mümkündür. Hər halda əgər müharibənin taleyi Ukraynanın silah tədarükündən asılıdırsa, deməliyik ki, Qərb bu məsələdə soyuqqanlı davranır və tələsmir.

 





23.02.2023    çap et  çap et