525.Az

Rusiya əməliyyatı dayandırsa, məhv olacaq - Medvedev


 

Rusiya əməliyyatı dayandırsa, məhv olacaq - <b style="color:red">Medvedev</b>

“Əməliyyat” başa çatarsa, Rusiyanın məhv olacağını bildirən Rusiyanın keçmiş Baş naziri Dmitri Medvedev: “ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə bitəcək”, - deyib.

525.az xəbər verir ki, Rusiyanın keçmiş Baş naziri Dmitri Medvedev ABŞ-nin Rusiyanı məğlub etməyə çalışdığını bəyan edib.

“ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, bəllidir ki, biz dünya münaqişəsinin astanasındayıq. Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var. Rusiya qalib gəlmədən əməliyyatı dayandırsa, o zaman Rusiya var olmayacaq, parçalanacaq. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə başa çatacaq”, - deyə Medvedev bildirib.

Həmçinin, Medvedevin bəyanatı ABŞ Prezidenti Co Baydenin Polşanın paytaxtı Varşavada verdiyi bəyanata da bənzəyir. Bayden Varşavada verdiyi bəyanatda: "Rusiya işğalı dayandırsa, müharibə sona çatacaq, lakin ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq”, - deyə ABŞ Prezidenti bildirmişdi.

Fərid Sançar

 





23.02.2023    çap et  çap et