Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsi Rusiya-Ukrayna sərhədindəki Belqorod vilayətində qəzaya uğrayıb.
525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 model döyüş təyyarəsinin döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətindəki hərbi bazaya qayıdarkən qəzaya uğradığı və pilotun öldüyü bildirilib.
Açıqlamada təyyarənin boş əraziyə düşdüyü və hadisə yerində heç bir dağıntı olmadığı, ilkin məlumatlara görə, qəzanın səbəbinin texniki nasazlıq olduğu bildirilib.
Fərid Sançar
çap et