525.Az

Mikayıl Cabbarov Özbəkistan-Azərbaycan forumunda iştirak edəcək


 

Mikayıl Cabbarov Özbəkistan-Azərbaycan forumunda iştirak edəcək<b style="color:red"></b>

Fevralın 24-də Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumu keçiriləcək.

525.az xəbər verir ki, bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.

Tədbirdə Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edəcək.

Bildirilib ki, tədbir çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşləri keçiriləcək.

 





23.02.2023    çap et  çap et