Koreya Respublikasının simsiz rabitə texnologiyalarında liderlik etmək üçün 2028-ci ildə 6G infrastrukturuna keçməyi planlaşdırdığı bildirilib.
525.az xəbər verir ki, Koreya Respublikası Elm və İnformasiya Kommunikasiya Texnologiyaları Nazirliyinin açıqlamasında "K-Network 2030" layihəsi çərçivəsində 2028-ci ildə yeni nəsil mobil şəbəkənin yenilənməsi, gücləndirilməsi və 6G infrastrukturuna keçidin hədəfləndiyi qeyd edilib. Bu çərçivədə hökumətin 2030-cu ilə qədər davam edəcək layihəni iki il əvvələ çəkərək, simsiz texnologiya liderliyində liderlik etməyə çalışacağı vurğulanıb. Eyni zamanda, 6G infrastruktur texnologiyalarının tətbiqi imkanlarının tədqiqi və inkişafı üçün təxminən 481 milyon dollar xərclənəcəyi bildirilib.
Qeyd edək ki, hökuməti yerli şirkətlərə material, hissə və avadanlıq istehsal etməsi və hamı üçün əlçatan olan şəbəkə yaratması üçün stimul verəcəyi ifadə edilib.
Məhəmməd Tağıyev