525.Az

Lukaşenko Baydenin Kiyevə səfərini piar adlandırıb


 

Lukaşenko Baydenin Kiyevə səfərini piar adlandırıb<b style="color:red"></b>

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Co Baydenin Kiyevə səfərini piar adlandırıb. 

525.az xəbər verir ki, onun sözlərinə görə, Baydenin Ukraynaya səfəri və ABŞ-nin vurduğu Çin şarı eyni məna daşıyan şeylərdir. 

Qeyd edək ki, Co Bayden fevralın 20-də Kiyevə səfər edib və burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. ABŞ və Ukrayna liderləri Müqəddəs Maykl kilsəsini ziyarət edib, orada gül dəstələri qoyublar.

Havar Şəfiyeva

 





23.02.2023    çap et  çap et