525.Az

Aİ Ukrayna ilə vergisiz ticarəti bərpa etməyə hazırlaşır


 

Aİ Ukrayna ilə vergisiz ticarəti bərpa etməyə hazırlaşır<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynadan idxal edilən bütün məhsullar üçün gömrük rüsumları və kvotaları 1 il müddətinə aradan qaldıracaq tənzimləmə təklif edib.

525.az xəbər verir ki, Aİ Komissiyası Ukraynaya iqtisadi dəstək verməyə hazırlanan və ölkəyə müxtəlif kommersiya güzəştləri verəcək “Muxtar Ticarət Tədbirləri”ni tənzimləməklə bağlı təklifini açıqlayıb.

Müvafiq olaraq, Ukraynanın Aİ ölkələrinə ixrac edəcəyi bütün məhsullara idxal rüsumları, kvota və ticarət müdafiəsi tədbirləri 1 il müddətinə dayandırılacaq.

Bu proqram çərçivəsində ukraynalı istehsalçıları, ixracatçıları ilə Ukrayna iqtisadiyyatına dəstək verilmiş olacaq.

Bu mərhələdən sonra təklif Avropa Parlamenti və üzv dövlətlər tərəfindən rəsmi təsdiqləndikdən və Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Fərid Sançar

 





23.02.2023    çap et  çap et