İspaniyanın Baş naziri Pedro Sançes Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə Ukraynanın paytaxtı Kiyevə səfər edib.
525.az xəbər verir ki, İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Polşaya gedən Sançes qatarla Kiyevə keçib. 21 aprel 2022-ci il tarixindən sonra ikinci dəfə Kiyevə gedən Sançes Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və Rusiyanın hücumlarından zərər çəkmiş bəzi şəhərlərə baş çəkəcək.
Qeyd edək ki, İspaniyanın müdafiə naziri Marqarita Robles martın sonu və ya aprelin əvvəlində Ukraynaya 6 "Leopard 2" tipli tank göndərəcəklərini açıqlayıb.
Malik Atilay
çap et