525.Az

Çin uzaqdan zondlama peykini orbitə buraxıb


 

Çin uzaqdan zondlama peykini orbitə buraxıb<b style="color:red"></b>

Çinin uzaqdan zondlama peykini kosmosa göndərdiyi bildirilib.

525.az xəbər verir ki, peyk Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Long March 2C" raketi ilə kosmosa buraxılıb. Peykin orbitə buraxıldıqdan sonra planlaşdırılmış mövqeydə qərarlaşdığı və bunun "Long March" raketləri ilə həyata keçirilən 464-cü uğurlu nəqliyyat missiyası olduğu bildirilib. Məlumatda orbitə buraxılan peykin adının yer almaması diqqət çəkib. Sözügedən peykin hərbi kəşfiyyat məqsədləri üçün istifadə edilən "Yaogan" sinifli peyk ola biləcəyi təxmin edilir. Belə ki, "Yaogan" Çin dilində uzaqdan zondlama deməkdir.

Qeyd edək ki, yanvarın ortalarından bəri Çində kosmosa buraxılış olmasa da "ChinaSat-26" rabitə peyki 39 gündən sonra dünən kosmosa göndərilib.

Məhəmməd Tağıyev

 





24.02.2023    çap et  çap et