525.Az

AP "TikTok"u qadağan etmək üçün hərəkətə keçib


 

AP "TikTok"u qadağan etmək üçün hərəkətə keçib<b style="color:red"></b>

Avropa Komissiyasından sonra Avropa Şurası mərkəzi Çin olan "TikTok"a  qarşı aksiya keçirib. İşçilərin korporativ cihazlarda tətbiqdən istifadə etməyi qadağan edilib. Avropa Parlamentinində (AP) tezliklə oxşar bir qərar verəcəyi gözlənilir.

525.az xəbər verir ki, Avropa İttifaqı qurumlarında "Tiktok" qadağası  genişlənir. Belə ki, Aİ Şurasının işçilərinə "TikTok"u korporativ qurğularda istifadə etmək qadağan edilib. Bir müddət əvvəl, Aİ Komissiyasının işçilərinə Çin mərkəzli Sosial Media Platformasının istifadəsi məhdudlaşdırılmışdı. Qərarın səbəbi olaraq təhlükəsizlik narahatlıqları göstərilib. İndi Aİ Şurası oxşar addım atdı. Aİ Komissiyasından və Şuranın ardından AP-dən də oxşar bir qərar verməsi gözlənilir.

Qeyd edək ki, ABŞ-də rəsmi xidmət üçün istifadə olunan cihazlarda eyniadlı tətbiq qadağan edilib.

Məhəmməd Tağıyev

 





24.02.2023    çap et  çap et