525.Az

"Ericsson" 8500 işçisini ixtisar edəcək


 

"Ericsson" 8500 işçisini ixtisar edəcək<b style="color:red"></b>

İsveçin "Ericsson" telekommunikasiya qrupu dünya üzrə 8500 işçini ixtisar edəcəyini açıqlayıb.

525.az xəbər verir ki, işçilərə göndərilən memorandumda telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson ERICb.ST"nin xərcləri azaltmaq planının bir hissəsi olaraq dünya üzrə 8500 işçini ixtisar edəcəyi bildirilib. "Microsoft MSFT.O", "Meta META.O" və "Alphabet GOOGL.O" kimi texnoloji şirkətlər iqtisadi şərtləri əsas gətirərək minlərlə işçini ixtisar edərkən, "Ericsson"un bu addımı telekommunikasiya sənayesini vuran ən böyük ixtisar olacaq.

Baş icraçı direktor (CEO) Borje Ekholm: "İşçilərin ixtisarının idarə olunma üsulu yerli ölkə təcrübələrindən asılı olaraq fərqli olacaq. Artıq bu həftə bir neçə ölkədə işçilərin ixtisarı barədə məlumat verilib", - deyib. Dünya üzrə 105 mindən çox işçisi olan şirkət, İsveçdə təxminən 1400 işçini ixtisar etməyi planlaşdırdığını qeyd edib. 

Qeyd edək ki, şirkətin digər Skandinaviya rəqibi "Nokia NOKIA.HE" işdən çıxarma planını açıqlamayıb.

Məhəmməd Tağıyev

 





24.02.2023    çap et  çap et