525.Az

XİN: “Cinayətkarların cəzasızlığına son qoyulması və regionda sülh üçün ədalət zəfər çalmalıdır”


 

XİN: “Cinayətkarların cəzasızlığına son qoyulması və regionda sülh üçün ədalət zəfər çalmalıdır”<b style="color:red"></b>

"Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır".

525.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.

“Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır”, - XİN-in paylaşımında qeyd edilir.

Qeyd edək ki, 26 fevral Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür - Xocalı soyqırımından 31 il ötür.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 





26.02.2023    çap et  çap et